Honduras İsraildən səfirini geri çağırır
Honduras Qəzza zolağında humanitar qanunları pozduğuna görə İsraildən səfirini geri çağırır.
AFN.az-ın xəbərinə görə, bu barədə "Al Arabiya" məlumat verib.
Honduras Xarici İşlər Nazirliyi İsraildəki səfirini geri çağırdığını, həmçinin İsrailin Qəzza zolağında beynəlxalq humanitar hüququ pozduğunu açıqlayıb.
Bundan əvvəl Boliviya İsraillə diplomatik münasibətləri kəsdiyini elan edib, qonşu Kolumbiya və Çili də məsləhətləşmələr üçün İsraildən səfirlərini geri çağırıb.
Qeyd edək ki, İordaniya da İsraildən səfirini geri çağırıb. Noyabrın 2-də Bəhreynin də öz səfirini İsraildən geri çağırmaq qərarına gəldiyi barədə məlumat yayılıb.