İraq Tehrandakı səfirini geri çağırdı


İraq hökuməti İranın Ərbilə hücumundan sonra Tehran səfirini ölkədən geri çağırmaq qərarına gəlib.



İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İranın Ərbildə mülki vətəndaşların ölümünə səbəb olan hücumu ilə əlaqədar Tehran səfiri Nasir Əbdülmuhsin məsləhətləşmə üçün nazirliyə çağırılıb.

İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı müvəqqəti işlər vəkilinə etiraz notası verib.

KRG Təhlükəsizlik Şurası dünən gecə İran İnqilab Keşikçiləri Ordusunun Ərbildə bir çox mülki yaşayış məntəqəsinə çoxlu ballistik raketlərlə həyata keçirdiyi hücumlarda 4 mülki vətəndaşın həlak olduğunu, 6 nəfərin isə yaralandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu