ABŞ institutu: “İranda yaxın vaxtlarda etiraz fəallığı və tətillərin artması gözlənilir”


“İranda yaxın vaxtlarda etiraz fəallığı və tətillərin artması gözlənilir”.



AFN xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bu gündən ölkə ərazisində genişmiqyaslı tətil, yürüş və mitinqlər keçiriləcək: “Mövcud rejim etirazları yatırmaq üçün Kürdüstan əyalətinin bütün şəhər və qəsəbələrinə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) qoşunlarını yerləşdirib. Etirazçılar üçün risk böyükdür. Çünki onların hansı marşrutdan istifadə edəcəkləri sosial şəbəkələrdə yayılıb”.

İnstitut xatırladıb ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən, noyabrın 23-də deyib ki, İraq mərkəzi hökuməti İran-İraq sərhədi bölgəsindəki kürd yaraqlılarını tərksilah etmək barədə öhdəlik götürüb: “İran rəhbərliyi İraq hakimiyyətindən İraq Kürdüstanındakı kürd yaraqlıları tərksilah etməyi və oradan çıxarmağı dəfələrlə tələb edib. İraqın mərkəzi hökumətinin İranın tələblərini təmin edib-etməyəcəyi hələ də bəlli deyil”.

Məlumata görə, İranda vətəndaş müharibəsinin qarşısının alınması məqsədilə referendum təklifləri səslənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu