İraq Türkiyədən üzr istəməsini tələb edir


İraq Türkiyənin ölkənin şimalındakı Süleymaniyyə şəhərinin hava limanını atəşə tutduğunu iddia edərək, buna görə üzr istəməyə çağırıb.


AFN.az "ArabNews"a istinadən xəbər verir ki, bəyanatda həmçinin Türkiyədən İraq torpaqlarında hərbi əməliyyatların dayandırılması tələb edilir.

İraq Prezidentinin dəftərxanasından verilən açıqlamada bildirilib ki, Türkiyənin İraq torpaqlarında düşmən qüvvələrin mövcudluğu bəhanəsi ilə "dinc əhalini qorxutmaq yanaşmasını davam etdirmək üçün" heç bir hüquqi əsası yoxdur.

Dünən İraqın şimalındakı kürd bölgəsindəki Süleymaniyyə Beynəlxalq Hava Limanı yaxınlığında partlayış baş verib. İraq tərəfi bunu Türkiyənin etdiyini iddia edir.

Xatırladaq ki, Türkiyə hava məkanını aprelin 3-dən İraqın Süleymaniyyə beynəlxalq hava limanından eniş/qalxış üçün istifadə edən təyyarələrin istifadəsi üçün bağlayıb. Bu qərar terror təşkilatı PKK-nın (Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası) fəaliyyətinin fəallaşması ilə əlaqədar qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu