İraq və Suriyanın şimalına hava əməliyyat zamanı 25 hədəf məhv edilib


Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatı ilə bağlı açıqlama verib.



İraq və Suriyanın şimalında Metina, Hakurk və Qəndil bölgələrində 25 hədəf hava əməliyyatları ilə məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Bəyanatda maddədən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, İraq və Suriyanın şimalında PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Metina, Hakurk və Qəndil bölgələrində və Suriyanın şimalında yerli saatla 21.00-da terror hədəflərinə qarşı hava əməliyyatı keçirildiyi bildirilib.

Açıqlamada aparılan hava əməliyyatları ilə separatçı terror təşkilatı (BTÖ) tərəfindən istifadə edilən və terrorçuların məsul səviyyədə saxlanıldığı düşünülən mağara, sığınacaq, sursat və material anbar sığınacaqlarından ibarət 25 hədəf məhv edildiyi bildirilib. Həyata keçirilən əməliyyatlarda maksimum yerli və milli sursatdan istifadə edilib, çoxlu sayda hədəf məhv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu