ABŞ-ın Ərbildəki bazasını hədəf alan 3 PUA vurulub


İraqın Ərbil şəhərindəki Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ABŞ-ın rəhbərlik etdiyi DEAŞ əleyhinə koalisiya bazasını hədəf alan 3 bomba yüklü pilotsuz uçuş aparatının vurulduğu açıqlanıb.



Bu barədə KRG-nin Terrorla Mübarizə İdarəsi rəsmi Facebook hesabında məsələ ilə bağlı açıqlama yayıb.

İraq Kürd Regional Rəhbərliyinin (KRG) Təhlükəsizlik Şurasının bəyanatında, İran İnqilab Keşikçiləri Ordusunun ötən gün Ərbildə bir çox mülki yaşayış məntəqəsinə çoxlu ballistik raketlərlə həyata keçirdiyi hücumlarda 4 mülki vətəndaşın öldüyü, 6 nəfərin yaralandığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu