İran İnqilab Keşikçiləri Korpusu Suriya və İraqa 24 raket atıldığını açıqlayıb


İran İnqilab Keşikçiləri Korpusu Suriyanın İdlib və Şimali İraqın Ərbil şəhərlərinə atılan ballistik raketlərin sayının 24 olduğunu açıqlayıb.



Təsnim Xəbər Agentliyinin verdiyi xəbərə görə, məsələ ilə bağlı İran İnqilab Keşikçiləri Korpusundan açıqlama verilib.

Açıqlamada Suriyanın İdlib şəhəri istiqamətində Xuzistandan 4 orta mənzilli “Xeyber Şikən” raketinin, Kirmanşahdan 4 ballistik raketin, Şimaldakı Ərbil şəhərinə isə 7 ballistik raketin atıldığı bildirilib.

Açıqlamada Suriyanın müxtəlif bölgələrinə müxtəlif xüsusiyyətlərə malik 9 raketin atıldığı da qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu