Ukrayna ilə bağlı beynəlxalq tribunalın yaradılması məsələsi masadadır - Blinken


ABŞ dövlət katibi Entoni Blinken Ukrayna üzrə beynəlxalq tribunalın yaradılmasının “masanın üstündə olduğunu” deyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Blinken bu bəyanatla "The Wall Street Journal WSJ CEO Summit" konfransında çıxış edib. Diplomat "Baş verənlərə görə məsuliyyətin olması çox vacibdir" - deyə bildirib. Blinken qeyd edib ki, Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) “sübut və məlumat toplamaq” səylərini də dəstəkləyir.
“Bir növ müstəqil məhkəmə, tribunal yaradılması ilə bağlı müzakirələr gedir. Hər şey masanın üstündədir”, - deyə Blinken əlavə edib.
Qeyd edək ki, ötən həftə Fransa Xarici İşlər Nazirliyi də Rusiyanın Ukraynadakı hərəkətlərini araşdıracaq tribunalın yaradılması ilə bağlı işlərə başlandığını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu