Rusiyaya qarşı xüsusi tribunal yaratmaq üçün Koordinasiya Qrupuna 25 ölkə qoşulub
Rusiya Federasiyası üçün hərbi cinayətlər üzrə xüsusi tribunalın yaradılması üzərində işləyən Koordinasiya Qrupuna artıq 25 ölkə qoşulub.
AFN.az-ın məlumatına görə, bu barədə "RBC-Ukrayna" parlamentin hüquq siyasəti komitəsinin rəhbəri Denis Maslovun çıxışına istinadən xəbər verir. Maslov xatırladıb ki, hətta tammiqyaslı təcavüzün başlanğıcında Ukrayna dövlətə qarşı cinayətlər törədən Rusiya üçün xüsusi tribunalın yaradılmasını təklif edib. “Bu tribunal əsas aktorları müttəhimlər kürsüsünə Rusiya Federasiyasının rəhbərliyini, ali hərbi-siyasi qurumları oturtmalı idi" - deyə o vurğulayıb.
Denis Maslov bildirib ki, əgər hələ yayda dünyanın bir çox ekspertləri, ümumiyyətlə, siyasətçilər belə bir tribunalın yaradılmasının mümkünlüyünə inanmasalar da, bu gün artıq 25 ölkə Koordinasiya Qrupu adlanan quruma qoşulub. : "Ukrayna dünyaya öz baxışını təklif etdi, fəal mövqe nümayiş etdirdi, bu tribunalın əsasnamə layihəsini, onun iş modelini təklif etdi. Hazırda tribunalın modeli və onun mümkün sənədləri müzakirə olunur. Bu günə qədər xüsusi tribunalın üç modeli üzərində müzakirə gedir".