Rusiyaya qarşı büynəlxalq tribunal yaradıldı


Avropa Parlamenti səs çoxluğu ilə Ukraynaya qarşı təcavüz cinayətinə görə beynəlxalq tribunalın yaradılmasına dəstək verən qətnamə qəbul edib. Sənəd işğala görə günahkar olanların hamısının cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.


AFN.az xəbər verir ki, 472 deputat bu sənədin lehinə, 19-u əleyhinə səs verib. 33 parlament üzvü bitərəf qalıb.
“Avropa Parlamenti... Rusiya Federasiyasının və onun müttəfiqlərinin siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı törətdiyi təcavüz cinayətini pisləmək üçün Avropa təsisatları və üzv ölkələrin rəhbərliyinin xüsusi əlavə tribunal yaradılmasının zəruriliyini və aktuallığını vurğulayır; hesab edir ki, belə bir tribunal BMT Baş Assambleyasının dəstəyi ilə həmfikir ölkələr arasında beynəlxalq müqavilə əsasında yaradılmalıdır”, - sənəddə belə deyilir.
Deputatların fikrincə, belə fəaliyyət kursu mövcud beynəlxalq cinayət hüququndakı boşluqları aradan qaldıracaq, eyni zamanda yeni yaradılmış tribunalın fəaliyyəti Beynəlxalq Cinayət Məhkəməsinin və Roma Statutunun prinsip və standartlarına əsaslanmalıdır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu