Latviya Prezidenti Rusiyaya qarşı tribunal yaradılması təklifini dəstəklədi


Latviya Prezidenti Eqils Levits Ukraynada Rusiyanın hərbi cinayətləri üzrə tribunalın yaradılmasını gecikdirməməyə çağırıb.


AFN.az-ın xəbərinə görə, Eqils Levits bu barədə “Radio Free Europe/Radio Liberty”yə müsahibəsində danışıb. O, bildirib ki, belə bir tribunal tezliklə yaradılmalıdır. "Biz Rusiyanın məğlub olmasını və ya Putinin hakimiyyətdən getməsini gözləsək gec ola bilər. Tribunal yaradılmalıdır və demək istərdim ki, bu, vaxtında olacaq. Bünki bütün cinayətkarlar şəxsən tribunallarda iştirak etmirlər", - deyə Latviya prezidenti qeyd edib.

Levits keçmiş Yuqoslaviyada bəzi cinayətkarların qiyabi mühakimə olunduğunu xatırladaraq, oxşar prosedurun Rusiya ilə bağlı həyata keçirilə biləcəyini deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı müharibə cinayətlərilə bağlı tribunal yaradılması ideyasını artıq 20-dən çox dövlət rəhbəri dəstəkləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu