Latviya Prezidenti Saakaşvilinin müdafiəsinə qalxdı
Latviya prezidenti Egils Levits Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hüquqlarını tam təmin etməyə çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin Saakaşviliyə lazımi tibbi yardım göstərilməsini tələb edib. “Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilinin hüquqlarını, o cümlədən lazımi tibbi yardımı tam təmin etməyə çağırıram”, - Levits özünün “Twitter” hesabında belə yazıb.
M.Vahidli