Ağ Ev: Beynəlxalq tribunal ideyasını nəzərdən keçiririk


ABŞ Rusiyanın beynəlxalq tribunala verilməsi ideyasına ehtiyatla yanaşır.


AFN.az lenta.ru-ya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya hərbi-siyasi rəhbərliyinin Ukraynada törətdiyi cinayətlərə baxacaq xüsusi beynəlxalq tribunal yaratmaq təklifi üzərində işlədiklərini açıqlayıb. O bildirib ki, Ağ Ev hələ də bu təklifi öyrənir və həmin məsələ üzərində işləyir: "Biz bu barədə dəqiq bir şey deməzdən əvvəl prosesin nəticə verəcəyinə əmin olmaq istəyirik”.
Bir müddət əvəvl Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Xosep Borrell bildirmişdi ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Avropa Komissiyasının Ukrayna üzrə ixtisaslaşmış beynəlxalq tribunal yaratmaq ideyasını dəstəkləmirlər. Onun sözlərinə görə, təklif müzakirə olunub, lakin konkret nəticə əldə olunmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu