Ağ Ev Çin hava məkanına ABŞ şarları göndərməyib - Con Kirbi


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbinin "ABŞ-a məxsus “hava şarları” 2022-ci ildən bəri Çin üzərində on dəfələrlə qanunsuz uçuş reallaşdırıb" bəyanatına Ağ Evdən cavab gəlib.


AFN.az-ın xəbərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NBC telekanalının efirində bildirib ki, ABŞ öz hava şarlarını Çin hava məkanına göndərməyib. “Bu doğru deyil, biz bunu etmirik. Biz Çinə hava şarları göndərmirik”, - deyə Kirbi qeyd edib.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Amerika Birləşmiş Ştatlarından yüksək hündürlükdə olan hava şarlarının Çinin hava məkanına on dəfələrlə daxil olduğunu bildiriblər. "Təkcə son bir il ərzində Amerika tərəfi heç vaxt buna icazə almadan ÇXR ərazisi üzərində on hava şarını buraxıb" - deyə Van Venbin vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu