ABŞ hərbçiləri daha bir hava şarını zərərsizləşdiriblər

ABŞ hava məkanında yenə hava şarı görünüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələri ölkənin Alyaska ştatı yaxınlığında "üzən" hava şarını vurublar.
Məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib. Con Kirbi bildirib ki, uçan aparatın hansı ölkəyə məxsus olması hələlik məlum deyil. Şar ABŞ Hava Qüvvələrinin F-22 təyyarəsi tərəfindən vurulub.
Pentaqon obyektin 12 km hündürlükdə hərəkət etdiyini və mülki uçuşlara təhlükə törədə biləcəyi üçün vurulduğunu açıqlayıb. F-22 pilotları obyektin silindir formasında olduğunu deyiblər.
Qeyd edək ki, bundan əvvəl Çinə məxsus "casus balon" ABŞ hava məkanında görüntülənmişdi. Bununla bağlı iki ölkə arasında gərginlik yaşanmışdı.