Çin XİN-dən ABŞ-a ittiham: "Dünya liderlərini izləyirlər”


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, hazırda dünyada ən böyük kəşfiyyat şəbəkəsinə malik olan ölkə ABŞ-dır.


AFN.az xəbər verir ki, Van Venbin Vaşinqtonun bir çox dünya liderini izlədiyini açıqlayıb. “Almaniya, Fransa və Niderland liderlərini dinləyiblər. Digər avropalı siyasətçilər, həmçinin İsveç və Norveçdən olanlar da ABŞ-ın izləməsinə məruz qalıb”.

Çinin XİN rəhbəri qeyd edib bildirib ki, ABŞ-a məxsus “hava şarları” 2022-ci ildən bəri Çin üzərində on dəfələrlə qanunsuz uçuş reallaşdırıb. “ABŞ-ın “hava şarları”nın digər dövlətlərin hava məkanına qanunsuz daxil olması adi haldır” deyə Van Venbin qeyd edib.

Çin XİN-in bu bəyanatı Vaşinqtonun Çini ABŞ ərazisi üzərində “casus qurğuları” yaymaqda ittiham etməsi ilə bağlı gündəmə gəlib.

Bu ayın əvvəlində ABŞ-ın bir sıra ştatlarının, o cümlədən hərbi bazaların yerləşdiyi bölgələrin üzərindən Çin hava şarının uçması ilə bağlı ittihamları daha da artıb. Rəsmi Pekin “hava şarı”nın mülki yönümlü olmasını vurğulayaraq onun köməyi ilə hər hansı kəşfiyyat fəaliyyətinin mümkün olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu