ABŞ-la Çin arasında "casus şar" gərginliyi: Çin şirkətlərinə qarşı tədbir görüləcək


Bir neçə gün əvvəl ABŞ Hərbi Hava Qüvvələri tərəfindən vurulan Çin casus şarında ABŞ rabitəsini izləyə bilən elektron müşahidə sistemi quraşdırılıb.


AFN.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib. Mənbənin sözlərinə görə, bu şar kəşfiyyat məlumatlarının toplanması əməliyyatları aparmağa qadir olub. "Bu beş qitədə 40-dan çox ölkə üzərində uçan Çin şarlarından ibarət donanmanın bir hissəsi idi. Bu şarları hazırlayan şirkət Çin ordusu ilə bağlıdır" - deyə Dövlət Departamenti rəsmisi əlavə edib.

Ağ Ev rəsmiləri Nümayəndələr Palatasında keçirilən ictimai dinləmədə Çinə məxsus "casus şar"ının imkanları, onun necə və nə vaxt vurulacağına dair qərarın necə qəbul edildiyi barədə yeni təfərrüatları açıqlayıblar. Nümayəndələr Palatası 419 səslə Çinin casus şarının ABŞ hava məkanına daxil olmasını “ABŞ-ın suverenliyinin həyasızcasına pozulması” kimi qiymətləndirən qətnamə qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu