Şimali Koreya ABŞ döyüş təyyarələrini hava məkanında vura biləcəyi ilə bağlı xəbərdarlıq edib


Şimali Koreya ABŞ-a xəbərdarlıq edib ki, hava məkanını pozarsa, ABŞ-ın casus təyyarələrini vura bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR müdafiə departamentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

"Birləşmiş Ştatlar təxribat xarakterli hava kəşfiyyatına görə çox baha ödəyəcək. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsinin Şərq dənizi (Yaponiya dənizi) üzərində məhv edilməsi kimi şok hadisələrin baş verməyəcəyinə zəmanət yoxdur" - deyə Koreya Mərkəzi Xəbər Agentliyi bəyanatdan sitat gətirilib.

KXDR Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, iyulun əvvəlində Amerikanın RC-135 və U-2S kəşfiyyat təyyarələri, həmçinin RQ-4B Global Hawk pilotsuz təyyarəsi Koreya yarımadası üzərində uçuşlar həyata keçirib. Xüsusilə, onun sözlərinə görə, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən Şimali Koreyanın hava məkanının bir neçə dəfə pozulması halları qeydə alınıb.

"Hazırda biz maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır", - KXDR MN rəsmisi əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu