Blinken "casus şarına" görə Çinə səfərini ləğv etdi


ABŞ dövlət katibi Entoni Blinken Çinə planlaşdırdığı səfərini təxirə salmaq qərarına gəlib. Onun fevralın 5-6-da Pekinə səfər edəcəyi planlaşdırılırdı.


AFN.az xəbər verir ki, səfərin təxirə salınmasına səbəb ABŞ səmasında Çinə məxsus "casus şarı"nın görünməsi olub. "ABC News" xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken "casus şarı" ilə bağlı yaranmış vəziyyətə görə yaxın günlərdə Çinə planlaşdırılan səfərini təxirə salıb. Mənbə dəqiqləşdirib ki, Blinken vəziyyəti “şişirməmək” üçün səfəri ləğv etmək istəmir, eyni zamanda qarşıdakı danışıqlarda şar mövzusunun dominant olmasını istəmir.

Məsələ ilə bağlı açıqlama verən Dövlət Departamenti bu məlumatı təsdiqləyərək, dövlət katibinin “şərtlər imkan verdiyi zaman ilk fürsətdə” Çinə səfər etməyi planlaşdırdığını bildirib. Dövlət Departamentinin sözçüsü “Biz ÇXR-in təəssüflə bağlı bəyanatını nəzərə almışıq, lakin bu şarın bizim hava məkanında olması suverenliyin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Və bunun baş verməsi qəbuledilməzdir. Digər departamentlərdəki tərəfdaşlarla, eləcə də Konqreslə məsləhətləşdikdən sonra belə qənaətə gəldik ki, hazırkı şərait katib Blinkenin Çinə səfəri üçün uyğun deyil” - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu