Blinken Çinə səfər edəcək


ABŞ dövlət katibi Antoni Blinken aprelin 24-26-da Çinə səfər edəcək.



RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi məlumat verib.

Blinken Çin xarici işlər naziri Van Yi də daxil olmaqla çinli həmkarları ilə görüşəcək. Tərəflərin Yaxın Şərqdəki böhranı və Çinin Cənubi Çin dənizindəki hərəkətlərini müzakirə edəcəyi gözlənilir. Blinken həm Şanxayda, həm də Pekində yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək.

Məlumatda qeyd edilib ki, Blinken bir sıra ikitərəfli, regional və qlobal məsələlərlə bağlı narahatlığını ifadə etmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu