Blinken və Çavuşoğlu Qarabağdan danışdı
ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ məsələsini müzakirə ediblər.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Blinken qeyd edib ki, ABŞ həmfikir tərəfdaşlarla və ATƏT-in Minsk Qrupunun həmsədr rolu vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqun asanlaşdırılması və münaqişənin uzunmüddətli siyasi həllə nail olunmasına kömək etmək üçün ikitərəfli əməkdaşlıq etməyə hazırdır. (Ölkə.az)