Entoni Blinken Türkiyəyə səfər edəcək


ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri planlaşdırılır.


AFN.az "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında danışan Çavuşoğlu səfərin fevralın 20-də baş tutacağını açıqlayıb. Səfər zəlzələlərdən əvvəl planlaşdırıldığını deyən XİN rəhbəri bildirib ki, Blinken bazar günü fəlakət bölgəsində olacaq: "Bazar ertəsi isə onunla danışıqlar aparacağıq. Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunması prosesi də müzakirə mövzusu olacaq” - deyə Çavuşoğlu vurğulayıb.

Səfər çərçivəsində Ukrayna münaqişəsi ətrafında vəziyyətin müzakirə ediləcəyi də gözlənilir.

ABŞ Dövlət Departamenti də dövlət katibinin səfəri ilə bağlı məlumat yayıb. Bildirilir ki, Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstana rəsmi səfərlər edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu