Rusiya üzrə xüsusi tribunalı dəstəkləyən ölkələrin sayı artıb


Rusiyaya qarşı təcavüz cinayətinə görə xüsusi tribunalın yaradılması ideyasını dəstəkləyən ölkələrin sayı 30-a çatıb.


AFN.az-ın xəbərinə görə, bununla bağlı Ukraynanın xarici işlər naziri Dmitro Kuleba açıqlama verrib. Onun sözlərinə görə, Rusiya üzrə xüsusi tribunalı dəstəkləyən ölkələrin siyahısına Yunanıstan da qoşulub.

"Artıq 30 ölkə var Rusiya üzrə xüsusi tribunalı dəstəkləyir. Məmnuniyyətlə bildirirəm ki, bu qrupa Yunanıstan da bu gün qoşulub. Bir neçə gün əvvəl 29 ölkə bu istiqamətdə birləşmişdi. Biz bilirdik ki, qrupun növbəti toplantısına qədər iştirakçıların sayı daha çox artacaq. Biz artıq bunun reallaşdığını görürük", -deyə Ukrayna XİN rəhbəri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu