Polşa Rusiyanı terrorçu ölkə kimi tanıdı


Polşa parlamentinin aşağı palatası Rusyanı terrorçuluğu dəstəkləyən ölkə kimi tanıyan qətnamə qəbul edib.


AFN.azın məlumatına görə, hökumətyönlü çoxluğun deputatları qətnamənin lehinə səs veriblər. Sənəddə qeyd edilir: “Polşa Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror vasitələrindən istifadə edən ölkə kimi tanıyır”.
Qətnamədə həmçinin vurğulanır ki, Rusiya insan haqlarını, beynəlxalq hüququ və BMT-nin müddəalarını və bir sıra digər beynəlxalq öhdəlikləri sistematik şəkildə pozur, başqa ölkələrin ərazisinə təcavüz, hərbi cinayətlər və soyqırımlar törədir, həmçinin, xüsusilə enerji sektorunda düşmənçilik xarakterli iqtisadi hərəkətlər həyata keçirir.
Sərhədlərin zorla dəyişdirilməsinin sülhə qarşı cinayət olduğu vurğulanır. “Rusiyanın Ukrayna vətəndaşlarına qarşı istifadə etdiyi terror formaları insanlığa qarşı cinayət və soyqırımdır”-sənəddə belə deyilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu