Ukrayna rəsmi olaraq Rusiyanı təhlükəsizliyinə təhdid kimi tanıdı
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin milli təhlükəsizlik strategiyasında dəyişikliklərlə bağlı fərman verib.
“Qafqazinfo” xəbər verir ki, sənəd dövlət başçısının saytında dərc olunub.
Sənəddə xüsusilə qeyd edilir ki, Rusiya ölkə üçün çoxvektorlu təhlükə yaradır.
“Rusiya Federasiyası Ukraynada öz strateji məqsədlərinə nail olmaq üçün hibrid müharibəsini davam etdirir, sistemli şəkildə siyasi, iqtisadi, informasiya-psixoloji və digər vasitələrdən, kiberhücumlardan istifadə edir”, - deyə sənəddə qeyd edilir.
Həmçinin bildirilir ki, Donbas ərazisində Ukraynanın dövlət təhlükəsizliyini təhdid edən və insan hüquqlarını pozan “Rusiya Federasiyasının işğal administrasiyası” fəaliyyət göstərir.
Bundan əlavə, Ukrayna hakimiyyəti həm beynəlxalq münasibətlər səviyyəsində, həm də Ukrayna daxilində “münaqişələri qızışdıran və ictimai birliyi pozan” “dağıdıcı təbliğatın” mövcudluğunu vurğulayır. Bundan əlavə, sənəddə Ukraynanın strateji kommunikasiyalarının ümumi zəifliyini və informasiya sahəsində “bütöv” siyasətin olmadığını qeyd edilir ki, bu da “Rusiya Federasiyasının informasiya ekspansiyası təhlükəsini zərərsizləşdirməyi” çətinləşdirir.