Rusiya MN: Ukrayna İşğal üçün sərhədə əsgərlər və silahlar yerləşdirir


Rusiya Müdafiə Nazirliyi Ukrayna administrasiyasının Moldovada yerləşən və birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgəni işğal etmək üçün sərhədə qoşun və silah yerləşdirdiyini iddia edib.


AFN.az-ın xəbərinə görə, nazirlik açıqlamasında bildirib ki, Kiyev Dnestryanı ərazini işğal üçün hazırlığı sürətləndirib. Ukrayna Silahlı Qüvvələrinin “Rusiya ordusunun Dnestryanı bölgəyə hücumu” iddiası ilə Dnestryanıya “təxribat törədəcəyi” iddia edilən bəyanatda Rusiya Müdafiə Nazirliyi hazırda Ukrayna hərbi birləşmələrinin əhəmiyyətli dərəcədə yığılmasını qeyd edib. "Ukrayna-Dnestryanı sərhədi yaxınlığında hərbi texniki maşınlar və artilleriyanın atəş mövqelərinə yerləşdirilməsini həyata keçirir. Bundan əlavə, Dnestryanı bölgə üzərində Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının uçuşlarında görünməmiş artım var" - deyə qurumun bəyanatında deyilir.

Sənəddə həmçinin qeyd edilir ki, Ukrayna tərəfindən yuxarıda qeyd olunan “planlı təxribat”ın həyata keçirilməsi “Dnestryanıda qanuni olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinə birbaşa təhlükə yaradacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu