Putin: ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir
Rusiya prezidenti Putin Ukrayna böhranının həlli üçün danışıqların aparılmalı olduğunu bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Putin münaqişənin ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliyinə təhdid yaratması ilə bağlı olduğunu deyib: "Onlar Rusiya da daxil olmaqla hamı üçün bərabər təhlükəsizlik məsələlərində danışıqlar aparmaqdan imtina edirlər. Ukrayna rejimi də danışıqlardan imtina edir”.
Ukrayna böhranının həlli ilə bağlı danışıqların əhəmiyyətinə işarə edən Putin, "Bütün problemlər danışıqlar yolu ilə həll edilməlidir, lakin problem bizimlə danışıqlardan imtina etmələridir" - deyə bildirib.
Putin Ukrayna müharibəsinin Rusiyanın təhlükəsizliyinə təhdidlər səbəbindən aparıldığını bildirib və deyib: "Münaqişə ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliyinə təhdid yaratması üzərində qurulub və onlar Rusiya da daxil olmaqla hamı üçün bərabər təhlükəsizlik məsələləri üzrə danışıqlardan imtina edirlər. Ukrayna, daha doğrusu, hazırkı Ukrayna rejimi də danışıqlardan imtina edir. Onlar rəsmən bəyan ediblər. Ukrayna prezidenti bununla bağlı danışıqları qadağan edib. Fərman imzalayıb".