Rusiya XİN başçısı: "Ukrayna ilə danışıqlardan imtina etmirik"


“Qərb və Ukrayna deyir ki, danışıqlara ehtiyac yoxdur. Bu, doğru yanaşma deyil”.


“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Moskva heç vaxt danışıqlardan imtina etməyib: “Amma danışıqlar yalnız maraqlarımız nəzərə alınarsa, mümkündür”.

S.Lavrov vurğulayıb ki, Qərb Rusiyanı zəiflətmək istəyir: "Rusiya ilə Ukrayna arasında müharibənin başladılması da bununla bağlı idi. Bir daha deyirəm ki, biz danışıqlara hazırıq. Amma maraqlarımız nəzərə alınmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu