Lavrov və Çavuşoğlu arasında görüş başlayıb


Türkiyənin paytaxtı Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd edək ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu