Ukrayna xarici işlər naziri: Ölkələr Rusiyasız taxıl ixracını müzakirə edirlər
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, Ukrayna və digər ölkələrin Rusiyasız taxıl ixracatını bərpa etmək üçün danışıqlar apardığını açıqlayıb.
Kuleba Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında mətbuata açıqlama verib.
Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etdikdən sonra Ukrayna taxılının qlobal bazarlara çatdırılmasının vacib olduğuna işarə edən Kuleba bunun üçün siyasi iradənin lazım olduğunu bildirib.
Bunun asan bir vəziyyət olmadığını vurğulayan nazir "Rusiya razılaşmadan çıxdı. Türkiyə, BMT, Ukrayna və ya digər ölkələr ya mövcud çərçivədən istifadə edə bilər, ya da yeni bir təşəbbüs irəli sürə bilər. Təbii ki, ən böyük problem odur. Rusiya taxıl daşıyan gəmini vurmayıb. Ehtimal var. Bütün variantlar müzakirə olunur" - deyə bildirib.
Mövcud vəziyyətin davam etdirilə bilməyəcəyinə işarə edən Kuleba, "Risk almalıyıq və Rusiya olmadan da davam edə biləcəyimizi göstərməyi bacarmalıyıq" - deyib.
Kuleba, bəzi BMT-yə üzv ölkələrin Ukraynaya silah vermənin müharibəyə səbəb olduğu düşüncəsi ilə əlaqədar olaraq, Ukraynaya silah verilməməsinin ölkənin müharibəni uduzaraq müdafiəsiz qalacağı anlamına gəldiyinə diqqət çəkib.