Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir - Kuleba


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə liderdir.


AFN.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib. O, Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı Ukraynanın dövlət agentliyi "Ukrinform"a açıqlama verib.

Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba, Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiyə ilə qarşılıqlı əlaqədə olduğunu bildirib: "Ukrayna Putinin Qara dəniz taxıl dəhlizi sazişinə qayıtması üçün Ərdoğanla koordinasiyadadır. Ərdoğan bu məsələdə Zelenski ilə daim əlaqədədir. Bu, qarşılıqlı maraqdır. Ərdoğan Putini razılaşmaya qaytara biləcək yeganə liderdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu