BMT: Taxıl müqaviləsi qarşısındakı bütün maneələri aradan qaldırmaq üçün vasitəmiz yoxdur


Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsinə maneələrin aradan qaldırılması tələbi ilə bağlı münasibət bildirib.


"Bizim bütün maneələri aradan qaldırmağa imkanımız olmadığını" - deyə Qurumun sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib. O, Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini və BMT ilə anlaşma memorandumunu ləğv etməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Rusiyanın BMT-yə göndərdiyi sənəddə müqaviləyə xitam verilməsilə bağlı ifadənin də yer aldığını qeyd edən Düjarrik son gəminin artıq İstanbuldakı Birgə Koordinasiya Mərkəzində yoxlanıldığını və mərkəzdəki BMT personalının orada qalacağını bildirib.

Düjarrik, digər ölkələrin gəmi göndərmək istəməsi halında BMT-nin Qara dənizə nəzarət etmədiyini söyləyib.

BMT-nin Rusiya və Ukraynanın ərzaq və taxıl məhsullarının bazara çıxması üçün hər cür səy göstərməyə davam edəcəyini vurğulayan Dujarrik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səylərin kritik bir hissəsi olduğunu və indiyə qədər göstərdikləri səylərə görə Türkiyəyə minnətdar olduqlarını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu