Avropa İttifaqı: "BMT və Türkiyənin səylərinə baxmayaraq Rusiyanın razılaşmanı dayandırmasını pisləyirik"


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Qara dəniz taxıl dəhlizi razılaşmasını ləğv etməsini şiddətlə qınadıqlarını bildirib.


Von der Leyen mövzu ilə bağlı verdiyi açıqlamada, "Rusiyanın Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin səylərinə baxmayaraq, Qara Dəniz Taxıl Təşəbbüsünü sona çatdırma hərəkətini şiddətlə qınayıram", ifadəsini işlədib.

Von der Leyen Aİ-nin dünyada çətin vəziyyətə düşənlər üçün ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarının AB-nin əvvəllər qurduğu quru əlaqələri vasitəsilə Ukraynadan daşınmasının davam etdiriləcəyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu