Avropa İttifaqı Ermənistana 270 milyon avro qrant verməyi planlaşdırır


Avropa İttifaqı (Aİ) yaxın 4 ildə Ermənistana 270 milyon avro qrant verməyi planlaşdırır.



Avropa İttifaqı Komissiyasının sədri Ursula Von der Leyen Aİ-ABŞ-Ermənistan üçtərəfli yüksək səviyyəli görüşdən əvvəl mətbuata açıqlama verib.

Görüşə ev sahibliyi etməkdən məmnun olduğunu bildirən Von der Leyen, oktyabrda Ermənistanla çiyin-çiyinə durmaq və tərəfdaşlıqlarının gələcəyinə baxışı müəyyənləşdirmək vədini yerinə yetirdiklərini deyib.

Von der Leyen bildirib ki, Ermənistan qarşıdakı 4 il ərzində 270 milyon avroluq qrantın daxil olduğu Dayanıqlıq və İnkişaf Planı ilə dəstəklənəcək.

Aİ-nin Ermənistan iqtisadiyyatını və cəmiyyətini daha dayanıqlı və şoklara davamlı etmək üçün ölkəyə əhəmiyyətli sərmayələr qoyacağına işarə edən von der Leyen, xüsusilə Ermənistandakı bizneslərin böyüməsi, innovasiyaları və yeni bazarlara çıxışı üçün dəstək verəcəklərini vurğulayıb.

Von der Leyen qeyd edib ki, onlar Ermənistanda Qara dəniz elektrik xətti kimi mühüm infrastruktur layihələrinə, bərpa olunan enerji istehsalına və Gürcüstanla daha yaxşı qarşılıqlı əlaqəyə sərmayə qoymağa davam edəcəklər.

"Şəritlər imkan verərsə, biz transsərhəd daşımaları da araşdıracağıq. Biz aviasiya, nüvə təhlükəsizliyi və ticarətin diversifikasiyası üçün yeni tədbirlərlə gəlirik", deyə Von der Leyen qeyd edib.

Von der Leyen bir müddət əvvəl İnvestisiya Koordinasiya Platformasını işə saldıqlarını xatırladıb və birlikdə yeni layihələri müəyyən edəcəklərini, prosesləri sürətləndirəcəklərini və investisiyaların potensialını maksimum dərəcədə artıracaqlarını bildiriblər.

Aİ-nin texniki dəstək və maliyyə vasitəsilə Ermənistandakı islahatları dəstəkləməyə davam edəcəyinə işarə edən Von der Leyen, Ermənistanın Rusiyaya qarşı sanksiyaların pozulmasına qarşı gördüyü tədbirləri də alqışladığını vurğulayıb.

Mənbə: Anadolu Ajansı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu