Aİ-dən Türkiyədəki seçkilərlə bağlı açıqlama


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun necə olacağını gözlədiklərini bildirib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Von der Leyen və Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel birlikdə keçirdikləri mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci çağırış parlament seçkilərini dəyərləndirməsi ilə bağlı sualı cavablandırıb.

Von der Leyen Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirib və bu ifadələri işlədib:

"Bu seçkilərdə böyük fəallıq həqiqətən də yaxşı xəbərdir, çünki bu, Türkiyə xalqının gedib səs vermək üçün öz demokratik hüquqlarından istifadə etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci dövrəni gözləməliyik".

AB Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib.

Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu