Aİ-dən Pakistana 500 milyon avro yardım


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, keçən il daşqınlardan əziyyət çəkən Pakistana 500 milyon avro yardım edəcəklərini açıqlayıb.


AFN.az xəbər verir ki, Von der Leyen İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı (BMT) və Pakistanın ev sahibliyi etdiyi "İqlimimizə davamlı Pakistan" mövzusunda beynəlxalq konfransa göndərdiyi videomüraciətdə Pakistanın dünyada ən böyük təbii fəlakətlərdən birini yaşadığını xatırladıb. Von der Leyen Pakistan xalqının köməyə ehtiyacı olduğunu ifadə edərək, Pakistanın yenidən qurulması və humanitar yardım üçün 500 milyon avro dəstək verəcəklərini bildirib.
Von der Leyen, Aİ ilə Pakistanın iqtisadi əməkdaşlıq layihələri çərçivəsində bir müddət əvvəl 87 milyon avroluq bir paket üzərində razılaşdığını, Aİ-nin humanitar yardımının isə 172 milyon avroya yüksəldiyini bildirib.
Qeyd edək ki, 2022-ci ilin yayında Pakistanda baş verən sel fəlakəti nəticəsində təxminən 1740 insan həyatını itirib, 12 mindən çox insan isə yaralanıb. Ölkə üzrə 33 milyondan çox insana daşqınların vurduğu zərər, ölkənin uzunmüddətli bərpası və yenidən qurulması üçün 16 milyard dollar lazımdır.

Leyla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu