Nyu-Yorkda bina uçdu: 2 ölü, 17 yaralı
New-Yorkun Bruklin rayonunda üçmərtəbəli binanın çökməsi nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Hadisə yerində xilasedicilər fəaliyyət göstərirlər.
Fövqəladə hadisə çərşənbə günü axşam saatlarında Flatbuş ərazisində qeydə alınıb. Birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzil yerləşən binanın uçma səbəbləri hələ ki araşdırılır. Şəhər şurasının üzvü Fara Luis xəsarət alanlar arasında uşağın da olduğunu bildirib.
Tikinti Departamenti qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Məlum olub ki, binaya bitişik ərazidə tikinti işləri aparılırmış. Şəhər sənədlərinə əsasən, ötən ilin aprelində həmin sahədəki podratçıya qadağaya baxmayaraq işləri davam etdirdiyi üçün cərimə yazılıb, oktyabrda isə 10 min dollar cərimə ödənilərək məsələ tənzimlənib.
Foto: Associated Press


