Blinken: ABŞ İranla diplomatik həll istəyir


Birləşmiş Ştatlar diplomatik həlli İranın sabitliyi pozan təsiri ilə mübarizə aparmağın ən etibarlı yolu hesab edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səudla birgə mətbuat konfransında deyib.

"Birləşmiş Ştatlar iqtisadi təzyiq, çəkindirmə və güclü müdafiə əməkdaşlığı ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edir. Biz Səudiyyə Ərəbistanının münasibətlərin gərginliyini azaltmaq və sabitləşdirmək səylərini dəstəkləyirik", - deyə o bildirib.

Blinken və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin diplomatik idarələrinin rəhbərləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsini dəstəklədiklərini bildiriblər və Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığa çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu