Salman və Blinken Ciddədə görüşdü


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və ABŞ dövlət katibi Antoni Blinken regional və beynəlxalq hadisələri, xüsusilə Qəzza zolağındakı hadisələri və atəşkəs səylərini müzakirə ediblər.



Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Bin Salman ölkəsinə səfər edən ABŞ dövlət katibi Blinken ilə Ciddədə görüşüb.

Bin Salman və Blinken arasında keçirilən görüşdə ikitərəfli əlaqələr və iki ölkə arasında əməkdaşlığın ümumi istiqamətləri nəzərdən keçirilib.

Görüş zamanı Qəzza zolağında və ətrafında baş verən hadisələr, hərbi hücumların dayandırılması, təhlükəsizlik və humanitar məsələlər, eləcə də ümumi regional və beynəlxalq əhəmiyyətli hadisələr müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu