Rəisi Məhəmməd bin Salmanla Fələstindəki vəziyyəti müzakirə edib
İran prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman telefonla Fələstindəki vəziyyəti müzakirə ediblər.
Bu barədə İran Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi özünün X mikrobloqunda məlumat verib:
“Ayətullah Rəisi ilə şahzadə Məhəmməd bin Salman arasında ilk telefon danışığında tərəflər Fələstinə qarşı hərbi cinayətlərə son qoyulması zərurəti barədə razılığa gəliblər. İslam birliyi vurğulanıb və hər iki həmsöhbət rejimin cinayətləri və ABŞ-ın yaşıl işığının rejim və onun tərəfdarları üçün dağıdıcı qeyri-sabitliyə gətirib çıxaracağını qeyd ediblər”.