İran prezidenti Azərbaycan səfirliyinə hücumun araşdırılmasını tapşırıb


İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumun hərtərəfli araşdırılması ilə bağlı prezident Həsən Ruhaninin göstəriş verdiyini bildirib.


AFN.az xəbər verir ki, Məhəmməd Cəmşidi özünün "Tvitter" səhifəsində yazıb: "Qardaşımız və qonşu ölkə olan Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləyirik. Prezident Rəisi bu xoşagəlməz xəbəri eşidəndən dərhal sonra məsələnin hərtərəfli araşdırılmasına göstəriş verərək Azərbaycan hökumətinə, xalqına və mərhum diplomatın yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb".

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu