İran və Səudiyyə Ərəbistanı XİN başçıları görüşüb
İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan Əl Səud Keyptaunda görüşüblər.
İran KİV-lərinin məlumatına görə, bu, iki ölkənin xarici işlər nazirlərinin son 3 ayda və Tehranla Ər-Riyad arasında siyasi və diplomatik əlaqələrin bərpasına dair razılaşmadan sonra 7 il ərzində ikinci rəsmi görüşüdür.
Abdullahiyan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə də görüşüb.
Nazirlər ikitərəfli və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İran xarici işlər nazirinin BƏƏ və Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqları BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.