İran və Səudiyyə Ərəbistanı səfirlik açmaq barədə razılığa gəliblər


İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirlik açmaq niyyətlərini təsdiqləyiblər.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və həmkarı Əmir Feysəl bin Fərhan Əl Səud birgə bəyanat veriblər.

XİN başçıları iki ölkə arasında uçuşların bərpa olunacağını açıqlayıblar.

Səudiyyə Ərəbistanının xarici işlər naziri iranlı həmkarını Ər-Riyadda danışıqlar aparmağa dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu