İranın Səudiyyə Ərəbistanında səfirliyi yenidən fəaliyyətə başlayıb


İranın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyi yeddi ildən sonra çərşənbə axşamı yenidən fəaliyyətə başlayıb.


Al Arabiya xəbər verir ki, bazar ertəsi Ər-Riyaddakı diplomatik mənbə AFP-yə bildirib ki, İran səfirliyinin açılışı çərşənbə axşamı yerli vaxtla saat 18:00-da İranın Səudiyyə Ərəbistanına yeni təyin olunmuş səfirinin iştirakı ilə baş tutacaq.

Martın 10-da Çində günlərlə davam edən gərgin danışıqlardan sonra İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa etmək və 7 illik ayrılıqdan sonra səfirlik və diplomatik nümayəndəliklərini yenidən açmaq barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu