Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi 7 ildən sonra fəaliyyətini bərpa edib


Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi avqustun 6-dan etibarən rəsmi olaraq fəaliyyətə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumat verib.

2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib.

Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırılıb.

Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti 3 yanvar 2016-cı ildə İranla diplomatik əlaqələri kəsdiyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu