Səudiyyə Ərəbistanı İranla dialoq tapmağa çalışır


Səudiyyə Ərəbistanı fikir ayrılıqlarını həll etməyin ən yaxşı yolu kimi İranla dialoqun yolunu tapmağa çalışır.


AFN.az xəbər verir ki, bunu krallığın xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

XİN başçısı bildirib ki, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin öz iqtisadiyyatlarına və inkişaflarına diqqət yetirmək qərarı İran və regionun digər ölkələrinə ənənəvi mübahisələrdən kənarda, ortaq rifaha doğru bir yol olduğuna dair güclü siqnal oldu.

Ər-Riyad və Tehran 2016-cı ildə əlaqələri kəsiblər, lakin keçən ildən bəri iki ölkənin rəsmiləri İraqın ev sahibliyi ilə birbaşa danışıqlar keçirdi. Ən son aprel ayında görüş keçirils də, heç bir diplomatik irəliləyiş əldə olunmadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu