Entoni Blinken İsaak Hersoqla görüşüb


ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşüb.



ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 7-dən bəri 7-ci dəfə gəldiyi İsraildə təmaslarına başlayıb.

Blinken İsrail prezidenti İsaak Hersoqla görüşüb. Hersoq görüşün əvvəlində etdiyi çıxışda, "Biz girovların ən qısa zamanda geri qaytarılmasını arzu edirik. Bu, beynəlxalq ictimaiyyətin əsas prioritetidir" ifadələrini işlədib.

Blinken girovların evlərinə qayıtmasına imkan verəcək atəşkəs razılaşmasını dərhal əldə etməkdə qərarlı olduqlarını deyib. İndiyə qədər atəşkəs əldə olunmamasında HƏMAS-ı günahlandıran Blinken, "Masada bir təklif var. Dediyimiz kimi gecikmələr və bəhanələr olmamalıdır. Artıq girovların geri qaytarılması zamanıdır" deyə vurğulayıb. Blinken atəşkəslə yanaşı Qəzzadakı insanlara və ehtiyac duyduqları yardıma diqqət yetirməli olduqlarını da qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu