ABŞ dövlət katibi Blinken İsrailin baş naziri Netanyahu ilə görüşüb


ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.


AFN.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti yazıb. Bu, gərginlik başlayandan bəri Blinkenin İsrailə ikinci səfəridir.

Blinken İsrailə səfəri zamanı Beynəlxalq humanitar hüquq çərçivəsində hərəkət etməklə, Vaşinqtonun İsrailin özünü terrorizmdən müdafiə etmək hüququna dəstək verəcəyinə söz verəcək. ABŞ dövlət katibi növbəti turu çərçivəsində İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana da səfər etməyi planlaşdırır.

Blinken həmçinin HƏMAS-ın girov götürdüyü girovların azad edilməsi məsələsini müzakirə etmək, həmçinin Yaxın Şərqdə münaqişənin şiddətlənməsi risklərini qiymətləndirmək üçün İsrail rəsmiləri ilə görüşməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu