Co Bayden sabah İsrailə gedəcək


ABŞ prezidenti Co Bayden sabah İsrailə səfər edəcək və İsrailin "müharibə məqsədləri və strategiyası" haqqında geniş brifinqdə iştirak edəcək.



Təl-Əvivdə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Entoni Blinken Baydenin çərşənbə günü İsrailə səfər edəcəyini açıqlayıb.

Baydenin İsrailə dünya üçün kritik bir zamanda gedəcəyini ifadə edən Blinken, ABŞ-ın HƏMAS-ın hücumlarına qarşı İsraillə həmrəylik mesajı verəcəyini bildirib.

Baydenin Həmas tərəfindən saxlanılan girovların azad edilməsi üçün İsraillə də yaxın koordinasiyada olacağını ifadə edən Blinken, ABŞ prezidentinin səfəri çərçivəsində İsrailin müharibə məqsədləri və strategiyası ilə bağlı da əhatəli brifinqdə yer alacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu