Baydenə İsrailə səyahət riski ilə bağlı xəbərdarlıq edilib
ABŞ prezidenti Co Baydenin İsrailə səfəri onun fiziki təhlükəsizliyi üçün risklər yaradır.
AFN.az xəbər verir ki, belə bir xəbərdarlıqla “The New York Times” çıxış edib.
Nəşrin analitiklərinin fikrincə, Amerika liderinin bu kritik anda Yaxın Şərq ölkəsinə səfəri Ağ Ev üçün siyasət baxımından çətinliklər yaradacaq.
ABŞ-ın dövlət katibi Entoni Blinken Baydenin İsrailə səfər planlarını daha əvvəl açıqlayıb. O, səfərin oktyabrın 18-nə planlaşdırıldığını deyib.
Bundan əvvəl isə İsrailə səfər etmək istəyən Ukrayna prezidenti Vladimir Zelenskiyə bu səfərin vaxtsız olduğu barədə məlumat verilib. İsrailin Ynet portalının məlumatına görə, Ukrayna lideri dövlət katibi Blinkenlə eyni vaxtda yəhudi dövlətinə səfər etmək istəyib.